Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusla bağlı vəziyyətə uyğun adekvat qərarlar verilə bilər - NAZİRLİK

Koronavirusla bağlı vəziyyətə uyğun adekvat qərarlar verilə bilər - NAZİRLİK

Tarix: 18 Iyul 2022 10:20

Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

Qeyd olunub ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır: "Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər".

Milli.Az


Etiketlər:  Koronavirusla bağlı vəziyyətə uyğun adekvat qərarlar verilə bilər NAZİRLİK


RƏYLƏR