Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cütlük metroda evləndi - Gecə saatlarında...

Cütlük metroda evləndi - Gecə saatlarında...

Tarix: 18 Iyul 2022 19:32

İyulun 16-da Moskva metrosunun "Mayakovskaya" stansiyasında üç cütlük toy edib.

Milli.Az bildirir ki, bu barədə paytaxtın nəqliyyat departamentinin Telegram kanalı məlumat yayıb.

"Biz nəqliyyatı paytaxtın mədəni həyatına inteqrasiya etməyə davam edirik. Biz qeyri-adi yerlərdə nikahı qeydiyyata almaq üçün Moskva meri Sergey Sobyaninin "Xoşbəxtliyin yeni ünvanları" layihəsində iştirak edirik. Bu ərazilərdən biri olan "Mayakovskaya" metro stansiyasına yeni evlənənlər arasında böyük tələbat var", - deyə Nəqliyyat departamentinin rəhbəri Maksim Liksutov izah edib.

"Mayakovskaya"da toy mərasimlərinin ikinci dəfə təşkil edildiyi bildirilir. Toylar metrodakı sərnişinləri narahat etməmək üçün gecə saatlarında olub. Yeni evlənənlər üçün stansiyada toy tağı quraşdırılıb, qatarlarda fotosessiya təşkil olunub.

Qeyri-adi bir yerdə nikah üçün Moskva merinin saytında, eləcə də dövlət xidmətləri portalına müraciət etmək olar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Cütlük metroda evləndi Gecə saatlarında


RƏYLƏR