Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 08:40
Fransada meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 31100 nəfərə yüksəlib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 15 regionda yanğınla əlaqədar qırmızı - fövqəladə təhlükə səviyyəsi elan olunub.
Yanğının yayılması ilə əlaqədar Arakaşon şəhərindəki Zooparkda bütün heyvanların təxliyə ediləcəyi açıqlanıb.
Fransanın cənub-qərbindəki Jirondada 7 gündür davam edən yanğınla əlaqədar daha 14900 insan təxliyə edilib.
Havanın temperaturunun 44 dərəcəyə çatdığı bölgədə qurudan və havadan yanğınsöndürmə işləri davam edir.
Hadisə yerində 1700 yanğınsöndürən alovla mübarizə aparır.