Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir

Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir

Tarix: 19 Iyul 2022 08:44

Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını xeyli maddi-texniki itkilərə məruz qoyub.

"Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir. Biz addım-addım irəliləyirik, işğalçıların təchizatını kəsirik, əməkdaşlıq edənləri aşkarlayıb zərərsizləşdiririk. Perspektiv göz qabağındadır - Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə olacaq. Yeganə məsələ zamandır", - Zelenski bildirib.


Etiketlər:  Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ