Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 14:30
Bakı. Samir Əli - Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.
Komitənın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla iki tərəfli konfidensial dialoq aparır.
Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Müdafiə Nazirliyi hərbçinin meyitinin götürülməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin