Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda maşın bazarını silkələyən qərar: Bahalaşma başladı - VİDEO

Azərbaycanda maşın bazarını silkələyən qərar: Bahalaşma başladı - VİDEO

Tarix: 20 Iyul 2022 14:38

Aİ 95 markalı benzinin bahalaşması bu yanacaq növü ilə işləyən avtomobillərə təlabatı azaldıb. Əvəzində isə 92 markalı benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə maraq çoxalıb. Avtomobil satışı ilə məşğul olan şəxslər belə deyirlər. Eyni zamanda həmin avtomobillərin qiymətinin artığı da bildirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Nəqliyyat Məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, premium yanacağının bahalaşması aşağı oktanlı benzinlə işləyən avtomobillərə təlabatı çoxaldacaq. Bu da həmin nəqliyyat vasitələrinin qiymətinə təsirsiz ötüşməyəcək. Ekspert süni qiymət artımının olacağını da istisna etmir. 

Ərşad Hüseynov köhnə avtomobillərə artan təlabatın  avtomobil parkının  yenilənməsi prossesini lənigədəcəyini də deyir. Onun fikrincə, problemin həlli yolu ilk növbədə icitimai nəqliyyatdan istifadənin daha da genişləndirilmisidir. 

Milli.Az


Etiketlər:  Azərbaycanda maşın bazarını silkələyən qərar Bahalaşma başladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ