Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Düşünürdüm ki, məndən başqa heç kimdə çil yoxdur''

''Düşünürdüm ki, məndən başqa heç kimdə çil yoxdur''

Tarix: 21 Iyul 2022 20:22

Ameriaklı aktrisa Culianna Mur "The Sunday Times" qəzetinə müsahibəsində xarici görünüşü ilə bağlı yaşadığı çətinliklərdən danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa kürən saçları və çilləri ucbatından özünü daim narahat hiss etdiyini etiraf edib:

"Düşünürdüm ki, məndən başqa heç kimdə çil yoxdur. Sadəcə hər hansı digər qaralmış amerikalı uşaq kimi görünmək istəyirdim. Çimərliyə gedə bilməyən və ya uzunqol geyinməli olan biri olmağıma nifrət edirdim. Düşünürəm ki, bir hisslər hələ də mənimlədir".

Bununla barışan Culianna indi eyni duyğuları yaşayan qızına bu məsələdə yardımçı olmağa çalışdığını vurğuıayıb:

"Qızımdan xahiş edirəm ki, onlara toxunma. Ciddiyəm, heç kimin onlara toxunmasına icazə vermə. Özüm yeniyetmə vaxtlarımda onları qoparmağa, ağartmağa və başqa nələrsə etdim. Nəticədə buna görə də onlar həqiqətən yoxa çıxdılar".

Aktrisa hazırda başqalarının xarici görünüşü ilə bağlı fikirlərindən narahat olmadığını əlavə edib.


Etiketlər:  Düşünürdüm məndən başqa heç kimdə çil yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ