Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə ''yaşıl meymun qızdırması'' aşkarlandı

Bu ölkədə ''yaşıl meymun qızdırması'' aşkarlandı

Tarix: 21 Iyul 2022 23:27

Qana rəsmiləri təhlükəli və nadir Marburq qızdırması barədə faktı təsdiqləyib.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, "yaşıl meymun xəstəliyi" adlanan bu qızdırma neçə müddət idi ki, insan populyasiyasında yox idi.

"Ölkədə 2 nəfərdə Marburq virusuna yoluxma halı aşkarlanb. Aparılan testlər bunu təsdiq edib. Qaana rəsmiləri bundan narahatdır" - deyə rəsmi məlumatda yazılıb.

2 xəstə və 98 nəfər onlarla təmasda olanlar karantinə alınıb.

Qeyd edək ki, marburq qızdırması Nil, Ebola, Lassa qızdırması kimi xüsusi təhlükəli infeksiyalar qrupuna daxildir.

Ölüm faizi 35-30%-dir. İnfeksiya alovlanması zamanı hətta 90% çata bilər.

Virus ilk dəfə 1967-ci ildə aşkarlanıb və alman şəhəri Marburqun şərəfinə adlandırılıb.


Etiketlər:  ölkədə yaşıl meymun qızdırması aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ