Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 15:36
Bakı. Trend:
Skandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb.
Trend-in məlumatına görə, pilotlar əmək haqqının artırılması tələbi ilə ötən həftənin cümə günündən tətil elan edib.
Etiraz aksiyası ümumilikdə 3300-dən çox reysin təxirə salınmasına səbəb olub.
Hazırda pilot həmkarlar təşkilatları şirkət rəhbərliyi ilə danışıqlar aparır.
Qeyd edək ki, SAS İsveç, Norveç və Danimarkanın birgə aviaşirkətidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin