Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hormonal dərmanlar süd vəzidə törəmələri aktivləşdirə bilər - Xəbərdarlıq

Hormonal dərmanlar süd vəzidə törəmələri aktivləşdirə bilər -  Xəbərdarlıq

Tarix: 23 Iyul 2022 20:06

Bir çox qadınlara zob və s. xəstəliklərə görə, eləcə də hamiləlik öncəsi müalicələrdə və bəzi autoimmun xəstəliklərdə hormonal preparatlar təyin edilir.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, tanınmış mammoloq həkim Rəna Abdullayeva hormonal preparatların süd vəzilərə mənfi təsirindən danışıb.
"Süd vəziləri hormonların təsirinə məruz qalan orqandır. Hormonların təsirindən süd vəzin proliferasiyası arta bilər.

Süd vəzidə olan törəmə,patoloji proseslər hormonların təsirindən aktivləşməsinə,aqressivləşməsinə gətirib çıxara bilər. Bundan başqa 35 - 40+ yaşda olan qadınlarda hormon qəbulu fonunda orqanizmdə təbii gedən süd vəzilərin involyusiyası ləngiyir,pozulur.

Belə olduqda süd vəzi toxuma sıxlığının yüksəkliyi həm USM həm də MMQ müayinəsini çətinləşdirir.

Hormonların təyini bəzən qaçılmaz olur. Hormonlar çoxsaylı xəstəliklərin əvəzolunmaz müalicəsidir. Buna görə bu terapiyadan imtina etmək mümkün deyil. Lakin vacib olanları bilməliyik.

Hormonlar mütləq həkim təyinatı ilə qəbul edilməli,təyinat öncəsi qanda hormonların səviyyəsi və süd vəzilər yoxlanılmalıdırlar.Ona görə də hər hormonal müalicədən öncə və sonra USM etdirin".


Etiketlər:  Hormonal dərmanlar süd vəzidə törəmələri aktivləşdirə bilər Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ