Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya raketləri Odessa limanlarına yönəlib - Mişel

Rusiya raketləri Odessa limanlarına yönəlib - Mişel

Tarix: 23 Iyul 2022 20:54

Dünyadakı ərzaq böhranında Rusiya təqsirkardır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

"Bir neçə dəqiqə əvvəl Ukraynanın Baş naziri ilə telefonla danışdıq. Bir neçə saat əvvəl atılmış Rusiya raketləri Odessaya və Ukraynanın bloklanmış limanlarında olan milyonlarla ton taxılına yönəldilib. Bu, həqiqətən də dünyada milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradır.

Afrikadan yenicə qayıtdım, Afrika ölkələrinin rəhbərləri ilə görüşmək imkanım oldu, bilirlər ki, vəziyyət onlar üçün çox ağırdır və gələcəkdə daha da çətinləşə bilər. Biz aydın şəkildə başa düşməliyik ki, bu böhranda Rusiya günahkardır", - Mişel qeyd edib.

Milli.Az


Etiketlər:  Rusiya raketləri Odessa limanlarına yönəlib Mişel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ