Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 17:42
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.
Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq.
İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.