Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 15:20
Trir Universitetinin genetikləri çay paketlərində həşərat qalıqları aşkar ediblər. Alimlərin işi "Biology Letters" jurnalında dərc olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, alimlər çayın qara, yaşıl, nanə və çobanyastığı da daxil olmaqla bir neçə növünü tədqiq ediblər. Genetiklər xüsusi DNT analizindən istifadə edərək çay paketlərindəki yarpaqlarda yad DNT-nin ən kiçik qalıqlarının olub-olmadığını yoxlayıblar. Ümumilikdə təcrübə zamanı 1200-dən çox buğumayaqlının izləri müəyyən edilib.
Məsələn, nanə çayında ABŞ-ın Sakit okean şimal-qərb bölgəsindən həşərat DNT-si, yaşıl çayda isə Şərqi Asiyadan olan buğumayaqlıların DNT-si tapılıb.
Alimlərin fikrincə, həşərat DNT-si çay yarpağının yalnız 0,1%-ni təşkil edir, digər 99,9%-i isə bitki DNT-sidir. Alimlərin fikrincə, çayda həşərat qalıqlarının olması yarpaqlarda pestisidlərin olmamasından xəbər verir.