Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 16:09
Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
- 106-cı maddənin birinci hissəsinin ikinci abzasında "Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı" sözləri "3550 manat" sözləri ilə əvəz edilir;
- 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən "və iki aylıq əmək haqqı məbləğində müavinət" sözləri çıxarılır;
- 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılır.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.