Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlandı

“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlandı

Tarix: 30 Iyul 2022 14:52

Konfrans Liqasının III təsnifat mərhələsinin "Neftçi" - "Rapid" matçının hakimləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, avqustun 4-də Bakıda keçiriləcək görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Saat 21:00-da başlayacaq qarşılaşmada Dario Bel fit çalacaq. Ona Maryan Tomas və Kristian Novosel kömək edəcək. "Bakcell Arena"da dördüncü hakim funksiyasını Tihomir Pejin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 11-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç Vyanadakı "Veststadion"da təşkil olunacaq.

Milli.Az


Etiketlər:  Neftçi Rapid oyununun hakimləri açıqlandı


RƏYLƏR