Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalmağa yeri, yeməyə çörəyi yox idi'' - Xalq artisti kövrəldi

''Qalmağa yeri, yeməyə çörəyi yox idi'' - Xalq artisti kövrəldi

Tarix: 2 Avqust 2022 14:05

"O üz" verilişinin növbəti buraxılışı Xalq artisti Arif Quliyevə həsr olunub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, proqramda Xalq artisti Gülyanaq Məmmədova mərhum aktyorla bağlı xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib. Sənətçi övlad dərdinin ona çox ağır təsir göstərdiyini deyib:  

"Arif Quliyev özü güldürürdü, amma daxil həmişə ağlayırdı. Onu yaxından tanıyanadam necə kövrək insan olduğunu bilirdi. Çünki efirdən, səhnələrdən həmişə insanlara gülüş bəxş edirdi. O qədər çətinliklərlə üzləşdiyi, günləri, həftələri, ayları olub ki, onları dost kimi bizimlə bölüşərdi. 1996-cı ildən qonşu olmuşuq. Ailəsi ilə o qədər doğmalıq, yaxınlıq var idi ki, harasa gedəndə evin açarını biri-birimizə etibar edirdik. Çəkdiyi keçməkeşli yollardan, əziyyətlərdən bəhs edərdi. Bir dəfə danışırdı ki, "vağzalda düşdüm, yeməyə çörəyim, qalmağa da yerim yox idi. Hamı getdi, orada özümü yuxuluğa vurdum. Bir nəfər gəlib oyatdı ki, qatar gedir, yatıb qalmısan. Gözümü açıb dedim, getməyə yerim yoxdur". O çətinliklə sənətdə irəlilədi və Xalq artisti adına kimi ucaldı. Övladlarına gözəl ata, xanımına gözəl həyat yoldaşı oldu. Oğul dərdi onu yıxdı. Gözlərinin içi həmişə qəmli idi. Onu biz bilirdik. Qonşu olduğumuz vaxtarda o hadisələr baş vermişdi. Dərdinə, kədərinə şərik olub, dəstək olmağa çalışırıdıq. Bir anlıq gəlsəydi, onun boynuna sarılıb, bağrıma basardım".


Etiketlər:  Qalmağa yeri yeməyə çörəyi Xalq artisti kövrəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ