Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 10:00
Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) səhhəti pisləşib.
Sonxeber.net xəbər verir ki, bu haqda aktyor baku.ws-ə açıqlamasında deyib. O, bir həftədir tənəffüs sistemində problemlər olduğunu və evdə xəstə yatdığını deyib:
"Bu xəstəliyə bir həftədir yoluxmuşam. Analiz verməyə getmirəm. Amma məndə virusun simptomları olduğunu bilirəm. Çünki müəyyən əlamətləri var.
Hərarətim 38.4, 38.5-dir. Bunlar həmin xəstəliyin əlamətləridir. Üstəlik soyuqdəyməm də var. Bayıra çıxa bilmirəm. Ancaq evdə müalicə alıram.
Hazırda sistemlər asıblar. Əvvəlki günlərə baxanda iynələr, müalicələr sayəsində bir az düzəlmişəm".