Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi

Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi

Tarix: 5 Avqust 2022 22:08

Yunanıstan Milli Kəşfiyyat İdarəsinin rəhbəri jurnalistin telefon danışıqlarının dinlənilməsi qalmaqalından sonra istefa verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Baş nazirin aparatı məlumat yayıb.

"Panagiotis Kontoleon telefon dinləmə prosedurları zamanı aşkar edilən qanunsuzluqdan sonra istefa verib"- baş nazirin ofisi bildirib.

Bu həftənin əvvəlində Kontoleonun ofisinin Yunanıstanda CNN-də işləyən maliyyə müxbiri Thanasis Koukakis və Sosialist Hərəkatı Partiyasının lideri Nikos Androulakisin cib telefonlarına casus proqramı yerləşdirdiyi aşkar edilib.

Milli.Az


Etiketlər:  Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ