Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur filmdəki ev satışa çıxarıldı

Məşhur filmdəki ev satışa çıxarıldı

Tarix: 6 Avqust 2022 09:16

Nyu Yorkda "Sabrina" filmindəki Sabrina Feyrçaldın uşaqlığını keçirdiyi mülk satışa çıxarılıb, New York Post qəzeti yazır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, britaniyalı aktrisa Odri Hepbernin qəhrəmanlarından birinin evi 11 milyon dollar dəyərində qiymətləndirilib.

Ev 1917-ci ildə tikilib. Sahəsi təqribən 870 kvadratmetr, yerləşdiyi torpaq sahəsinin ölçüsü isə 2,4 hektardır. Sonuncu dəfə əmlak 1999-cu ildə 6,4 milyon dollara satılıb.

Üç mərtəbəli mülk özəl çimərliyin yaxınlığında yerləşir. Evin içərisində geniş foye, kaminli və həyətə çıxışı olan iki qonaq otağı, mətbəx, ofis, idman və yoqa üçün otaq var.

Milli.Az


Etiketlər:  Məşhur filmdəki satışa çıxarıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR