Tarix: 25 Sentyabr 2019 10:32
UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında VAR-la (hakimin video assistenti) bağlı da yeni qərar qəbul edilib.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2019/20 mövsümündə VAR texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək isə Avroliqanın yalnız ötən mövsüm Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” qrupdan çıxsa, 1/16 finalda VAR-la üzləşəcək.
Bundan başqa, qadınlar arasında Çempionlar Liqasının finalında, qadınlar arasında AÇ-2021-in final mərhələsində də bu sistemdən istifadə olunacaq.