Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

900-dən çox yaşı olan ən uzun taxta körpü yandı

900-dən çox yaşı olan ən uzun taxta körpü yandı

Tarix: 7 Avqust 2022 20:54

Çinin ən uzun taxta körpüsü sayılan "Pingnan Vanan" yanğın nəticəsində tamamilə dağılıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, yanğının ötən gecə başladığı, bu günə kimi tam söndürüldüyü və tələfatın olmadığı bildirilib.

Ümumi uzunluğu 98,2 metr, eni 4,7 metr olan körpünün 917 il əvvəl (960-1279) tikildiyi bildirilir.

"Pingnan Vanan" Çində ən uzun tağlı taxta körpü hesab olunurdu.

Milli.Az


Etiketlər:  900 dən çox yaşı olan ən uzun taxta körpü yandı


RƏYLƏR