Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ad gününə bir neçə saat qalmış vəfat etdi

Ad gününə bir neçə saat qalmış vəfat etdi

Tarix: 8 Avqust 2022 16:54

Britaniyalı turist Tenerifedə öz ad gününə bir neçə saat qalmış dənizdə çimdikdən sonra ölüb.

Sonxeber.net bildirir ki, bu barədə The Sun yazıb.

Nəşrin məlumatına görə, Nikolas Desmond tətilə Kardiffdən dostları ilə uçub və yubileyi qeyd etmək istəyib. Onun bir gün çimməyə getdiyi və boğulmağa başladığı bildirilib. Kişi sahilə çıxarılıb və onun üçün təcili yardım çağırılıb, lakin onu xilas etmək mümkün olmayıb - o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlum olduğu kimi, onun dostları mərhumun cəsədini Uelsdəki vətəninə çatdırmaq üçün vəsait toplamağa başlayıblar - onlara 10 min funt sterlinq lazımdır. Turistin yaxınları "O, heç vaxt heç kimi ruhdan salmırdı", "Həmişə şən idi, kömək etməyə hazır idi", "Onun heç vaxt üzüldüyünü görməmişdim" deyib.

Nəşr bildirir ki, Desmondun ad günündə onun Uelsdəki dostları onun xatirəsini ehtiramla yad etməyə gəlib və onlarla rəngli şarları səmaya buraxıblar.

İrfan Vəliyev


Etiketlər:  gününə neçə saat qalmış vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ