Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan ordusunun bir neçə hərbçisi saxlanılıb

Ermənistan ordusunun bir neçə hərbçisi saxlanılıb

Tarix: 9 Avqust 2022 08:42

Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Müdafiə Nazirliyinin Hərbi Polisi əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları müəyyən edilərək saxlanılıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər məsuliyyətə cəlb ediliblər.

Nazirlik bildirib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Milli.Az


Etiketlər:  Ermənistan ordusunun bir neçə hərbçisi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ