Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messiyə nə olub?

Messiyə nə olub?

Tarix: 25 Sentyabr 2019 12:48

Zədəsi səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan “Barselona”nın kapitanı Lionel Messi dünən La Liqanın 6-cı turunun “Vilyarreal”a qarşı matçında (2:1) əsas heyətdə meydana çıxıb.

Qol.az-ın xəbərinə görə, ikinci hissə başlayan kimi isə argentinalının əvəzinə meydana Usman Dembele çıxıb. Birinci hissədə həkimlər Messiyə meydanda kömək ediblər.

Oyundan sonra keçirilən mətbuat konfransında “Barselona”nın baş məşqçisi Ernesto Valverde bildirib ki, Messi əzələsində narahatlıq hiss etdiyi üçün əvəzlənib: “Sabah (bu gün-red.) durumunun necə olduğu qətiləşəcək”.

Qeyd edək ki, Messi bu gun tibbi müayinədən keçəcək. İspaniya mətbuatı yazır ki, argentinalı bu həftə “Hetafe” ilə görüşü buraxa bilər.

 


Etiketlər:  Messiyə olub


RƏYLƏR