Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Televiziyaya “düşük”lüyü gətirən” - Qalmaqal

“Televiziyaya “düşük”lüyü gətirən” - Qalmaqal

Tarix: 9 Avqust 2022 18:20

"Soy" prodakşnın rəhbəri Oqtay Əliyev və teleaparıcı Kamran Həsənli arasında qalmaqal yaranıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb Həsənlinin "İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir" açıqlaması olub. 

O. Əliyev aparıcının bu fikrini sərt tənqid edib. O, sosial şəbəkədə şərh yazaraq "Televiziyaya "düşük"lüyü gətirən indi nədən danışır. Zəhmət çək, gəl, sənə peşəkarlığın nə olduğunu aladım", - deyə, bildirib. 

K. Həsənli isə sözügedən şərh barədə OLAY-a danışaraq O. Əliyevə cavab vermək istəmədiyini söyləyib:

"Şəxsi cavab verməyəcəm, hazırda televiziyadakı verilişlərə baxın, o mənzərə hər şeyi deyir. Heç kimə br cavab vermək lazım deyil. Oqtay Əliyevin, ya da başqalarının danışdıqları mənim üçün maraqsızdı. Yenə deyirəm ki, istənilən proqrama baxın. Görəcəksiz ki televiziyamızın "düşük"lüyü hansı həddə gəlib çatıb".

Qeyd edək ki, K. Həsənli sözügedən açıqlamanı medianews.az saytına verib. "Bu gün televiziyada çalışanların çoxu media işçisi olmadıqları üçün, anlayışları yalnız kağız üzərində reytinq dairəsi adlanan yalançı iqtidardadır", - deyə, aparıcı vurğulayıb.

Milli.Az


Etiketlər:  Televiziyaya düşüklüyü gətirən Qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ