Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızı bıçaqlayaraq cəsədini xalçaya büküb balkondan endirib

Qızı bıçaqlayaraq cəsədini xalçaya büküb balkondan endirib

Tarix: 9 Avqust 2022 18:22

Rusiyada Permdə əvvəllər məhkum olunmuş 26 yaşlı rusiyalı 21 yaşlı qızın qətlinə görə istintaq təcridxanasına göndərilib.

Sonxeber.net bildirir ki, bu haqda bazar ertəsi, avqustun 8-də Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi İrina Neznamova məlumat verib.

İstintaqın məlumatına görə, cinayət avqustun 4-nə keçən gecə Arkadi Qaydar küçəsindəki evlərdən birinin mənzilində törədilib. Gənc birlikdə spirtli içki qəbul etdiyi qurbanı bıçaqlayıb, daha sonra onun cəsədini xalçaya büküb kəndirlə eyvandan aşağı salıb. Bundan sonra təqsirləndirilən şəxs meyiti maşına sürükləmək istəsə də, yoldan keçən şəxs onu qorxuya salıb.

KP-Perm-in yazdığı kimi, qətldən sonra müttəhim qurbanın sevgilisinə zəng edib və evə qayıdanda "orada bir neçə kişi görüb onlardan birini öldürdüyünü" deyib. Həmçinin, nəşrin aydınlaşdırdığı kimi, o, qurbana azı 50 bıçaq zərbəsi vurub. Qız iki il əvvəl bu gənclə tanış olub. Onun valideynlərinin bu münasibətə qarşı olduğu qeyd edilib.

İrfan Vəliyev


Etiketlər:  Qızı bıçaqlayaraq cəsədini xalçaya büküb balkondan endirib


RƏYLƏR