Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib'' - Ukraynalı general

''Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib'' - Ukraynalı general

Tarix: 10 Avqust 2022 11:54

"Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı və komanda məntəqəsi məhv edilib".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko "RBK-Ukraina"ya müsahibəsində deyib.

"Rusiya qoşunları güclənmək üçün Xerson və Zaporojye vilayətlərində qüvvələri cəmləşdirir. Onlar Ukraynanın əks-hücumlarına hazırlaşırlar. Lakin ərazilərdəki tabor taktiki qruplarının yerləşdirilməsi onlara kömək etməyəcək. Bizim durumumuz pis deyil", - o bildirib.

Onun sözlərinə görə, hazırda müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin ərazilərində 25-ə yaxın tabor taktiki qrupu var: "Biz qorxmuruq. Onlarla qarşılaşmağa hazırıq".

Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun silah və texnikanı Xerson vilayətinin şimal-şərq rayonlarına yerləşdirdiyi barədə məlumat verilmişdi.


Etiketlər:  həftədə Rusiyanın çox silah sursat anbarı məhv edilib Ukraynalı general


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ