Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranlı qadınlarla molla arasında hicab davası - VİDEO

İranlı qadınlarla molla arasında hicab davası - VİDEO

Tarix: 10 Avqust 2022 18:00

Sosial mediada İrandakı məscidlərdən birində təşkil edilmiş əzadarlıq məclisində mollanın hicabla bağlı çıxışından sonra qadınların müdaxilə edərək onu susdurmasına dair video yayılıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, videonun davamında açıq-aydın görünür ki, xanımların narazılığı qarşısında tab gətirə bilməyən molla onlardan üzr istəyərək, qadınları yaranmış anlaşılmazlığa son qoymağa çağırır.  

Məlumata görə, hicabla bağlı çıxış edən molla iddia edib ki, guya ölkəni çənginə alan bahalıq və bütün bədbəxtliklərin səbəbi qadınların hicaba riayət etməməsidir.

Savadsız mollanın iddiasına görə, həyat yoldaşı hicabsız olan bütün kişilərin cənnətə girişinə icazə verilməyəcək. 

Milli.Az


Etiketlər:  İranlı qadınlarla molla arasında hicab davası VİDEO


RƏYLƏR