Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ - FOTO

Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ - FOTO

Tarix: 10 Avqust 2022 20:00

Keçən ay 34 yaşını qeyd edən "UFC" ulduzu Konor Makqreqor İbizada arvadına unudulmaz doğum günü "parti"si keçirib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Makqreqor məclisdə nişanlısı Di Devlinlə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb. 

İdmançı dağlarda əsl romantik şam yeməyi hazırlayıb. O, məkanı şarlar, şamlar və qızılgül ləçəkləri ilə bəzədib, həmçinin Diyə dəbdəbəli dizayner buketi hədiyyə edib.

Əlbəttə ki, bir neçə mərtəbəli tort və şampan doğum günü gecəsinin ayrılmaz təamı olub. 

Qeyd edək ki, Konor Makqreqor və Di Devlin 2008-ci ildən birlikdədirlər. Cütlük 13 illik görüşdən sonra keçən il nişanlanıb. Aşiqlərin üç övladı, 5 yaşlı Konor, 3 yaşlı Kroya və 14 aylıq Rayan adlı oğlan övladları var. 

Milli.Az


Etiketlər:  Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ FOTO


RƏYLƏR