Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevgilisini çılpaq videoları ilə şantaj edən müğənni ilə bağlı YENİ XƏBƏR

Sevgilisini çılpaq videoları ilə şantaj edən müğənni ilə bağlı YENİ XƏBƏR

Tarix: 12 Avqust 2022 11:30

Sosial şəbəkələrdə müğənni kimi tanınan Amid Sədanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.  

Qərara görə, Amid Sədanın barəsində olan cəzanın yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin olunmayıb.  

İttihama görə, Amid ötən il mayın 25-də sevgi münasibətində olduğu Samirəyə (ad şərti verilib - red.) məxsus çılpaq video görüntülərini onun mobil telefonundan öz mobil telefonuna göndərib. 

Qızla münasibəti pozulandan sonra Amid həmin videolarla Samirəni şantaj etməyə başlayıb.  

O Samirəyə deyib ki, onda intim görüntüləri var və həmin görüntüləri sosial şəbəkələrdə yayacaq.  

Amid həmin görüntülərin yayılmaması üçün Samirədən 2000 manat verməsini tələb edib. Amidin hədələrini real qəbul edən zərərçəkmiş qohumları və tanışlarının yanında rüsvay olmaq istəməyib. 
Bu səbəbdən yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində iyunun 11-də 1500 manat pul və dəyəri 700 manat olan "Samsung A7" markalı mobil telefonunu ona verib. 

İstintaq orqanı tərəfindən Amidin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib. 

İstintaq sənədlərinə görə, Amid fərdi qaydada mügənnilik edir. Sosial şəbəkədə "İnstaqram"da "amid-seda-offijial" adlı səhifəsi olub. Həmin səhifədən tanışları ilə özünə aid reklam xarekterli görüntüləri paylaşıb. 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Amid Səda 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az


Etiketlər:  Sevgilisini çılpaq videoları ilə şantaj edən müğənni ilə bağlı YENİ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ