Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 08:44
Dünya Zaporojye Atom Elektrik Stansiyasını (AES) qorumasa, uduzacaq.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.
"Ölkələr uzun müddətdir, dünyada radiasiya təhlükəsizliyinə nail olmaq üçün çalışırlar. Əgər indi Zaporojye AES Rusiya işğalçılarından qorunmasa, dünya mübarizədə uduzacaq", - dövlət başçısı vurğulayıb.
"Dünya onilliklərdir, nüvə materialları və radiasiya təhlükəsizliyi ilə bağlı bütün hərəkətlərə lazımi nəzarət üçün mübarizə aparır. Və əgər indi dünyanın bir nüvə stansiyasını qorumaq üçün gücü və qətiyyəti yoxdursa, bu, dünyanın məğlub olması deməkdir. Bu itkinin qarşısını almaq şansı var", - Zelenski bildirib.
O qeyd edib ki, Zaporojye AES-də hər hansı radiasiya bir çox ölkələr üçün zərbə ola bilər. Çünki potensial təhlükəli zonalar yalnız küləyin istiqamətindən və gücündən asılıdır.
Prezident bildirib ki, Rusiyaya, "Rosatom" dövlət korporasiyasına və bu ölkənin bütün nüvə sənayesinə qarşı yeni sərt sanksiyaların tətbiqi ilə bağlı müzakirələrdən və çağırışlardan keçməyin vaxtı çatıb. O vurğulayıb ki, Rusiyanın bütün qoşunları stansiyanın ərazisini və qonşu rayonları dərhal - heç bir şərt olmadan tərk etməlidir.