Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 08:06
Sizə verəcəyim məsləhətlərə hər səhər əməl etsəniz sağlam həyat tərzi yaşayan adamlardan olacaqsınız. Bunu etmək sizin az vaxtınızı alacaq. Vərdiş etsəniz isə sizin üçün çətin olmayacaq.
1. Dilin üstünün təmizlənməsi
Biz hər səhər dişlərimizi fırçalayırıq, amma, dilimizin üstünə diqqət yerirmirik. Halbuki, İbn Sina öz qeydlərində dilin üstünün təmizlənməsinin insan üçün çox faydalı olduğunu qeyd etmişdir.Dilin üstünün təmizlənməsi zaman ağız boşluöu gecədən yığılıb qalmış bakteriyalardan təmizlənir və ağızdan iy gəlmir.
2. İsti su içmək
Qədim əlyazmalarda hər səhər acqarına 1 stəkan isti su içməyin orqanizmə faydalı olduğu qeyd edilir. Proseduru yeməkdən ən azı 20 dəqiqə əvvəl etmək lazımdır. İsti suya limon dilimi salmaq isə aşağıdakılara səbəb olur:
* həzmi yaxşılaşdırır
* maddələr mübadiləsini sürətləndirir
* arıqlamağa yardım edir
* qaraciyəri təmizləyir
* limondakı mikroelementlər orqanizm fayda verir
3. Yeməkdən əvvəl bal yemək
Hər səhər yeməyindən əvvəl 1 çay qaşıq bal yemək orqanizmə aşağıdakı faydaları var:
* orqnizmin vitamin və mikroelement balansının normallaşdırır
* beyin fəaliyyətini yaxşılaşdırır
* immuniteti artırır
* qocalmanın qarşısını alır
4. Ağız boşluğunu perekislə yaxalamaq
Hər səhər 50 qram qaynamamış suya 5-7 damcı perekis damdırıb ağız boşluğunu yumaq aşağıdakılara səbəb olur:
* kariesin əmələ gəlməsinin qarşısını alır
* ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırır
* dişləri ağardır
Yuxarıda yazılanlara əməl etməniz sizin sağlam olmağınıza və gün boyu aktiv və özünə inamlı fəaliyyətinizə səbəb olacaq.
Oxuduqlarınızı bəyəndinizsə, dostlarınızla da paylaşıb onları məlumatlandırmağınızı xahiş edirik.