Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 10:08
Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Taleh Heydərovun məhkəməsi başlayır.
Sonxeber.net xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü T.Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaqlayaraq qətlə yetirib.
T.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.