Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 16:35
Rəqqasə Didem Kınalı ona qarşı edilən təcavüzlərdən danışıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, media mənsubları ilə söhbət edən rəqqasə Didem Kınalı səhnədə yaşadığı çətinliklərdən danışarkən məruz qaldığı təzyiqlərdən danışıb.
"Səhnəyə gec çıxanda müştərilər qovrulmuş noxud atırdılar. O da qalsın bir kənara, əsasən səhnədə tez-tez təcavüzlərə məruz qalıram. Pul qoyarkən bəzi insanlar sinəmə toxunmağa çalışırlar. Mən hələ səhnə arxasına gələn dəbdəbəli hədiyyələrdən və şam yeməyindən danışmıram", - deyə Didem Kınalı bildirib.