Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 18:45
Bu ilin aprelində milyonçu iş adamı Mehmet Dinçerlerlə ailə quran pop ulduz Hadisenin ana olacağı haqda məlumatlar ortalığa çıxıb.
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, türk mətbuatı sənətçinin 2 aydan çoxdur hamilə olduğunu yazıb.
Bildirilir ki, məhz bu səbəbdən Hadise kameralardan uzaq qaçmağa və görüntülənməməyə çalışır. Həmçinin, dərc olunan xəbərlərdə qeyd olunub ki, sənətçinin gizlicə ailə qurmasının da səbəbi hamilə olmasıdır.
Müzakirələrə səbəb olan hamiləlik mövzusu ilə bağlı Hadise hələ açıqlama verməyib.
Qeyd edək ki, Hadise bir neçə həftə əvvəl rəsmi olaraq ərdə olduğu həyat yoldaşı Mehmet Dinçerlerin soyadını götürüb.
M.Dinçerler dünyaca məşhur "Gloria Jeans" - "coffeeshop food and drink" şəbəkəsinin qurucusu və təsisçisidir.