Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siyəzəndə yanğın lokallaşdırılıb

Siyəzəndə yanğın lokallaşdırılıb

Tarix: 20 Avqust 2022 18:54

Siyəzən ərazisində baş verən yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.

Sonxeber.net xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib. Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: "Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".


Etiketlər:  Siyəzəndə yanğın lokallaşdırılıb


RƏYLƏR