Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 22:46
Şahzadə Edvardın qızı Lady Louise Uindsor yay tətilində özünə iş tapıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 18 yaşlı qız kassir köməkçisi kimi işə düzəlib. Bu barədə "The Sun" məlumat yayıb. Ledi Luizanın maaşı saatda 6,83 funt sterlinqdir (8,14 dollar). Qızın vəzifələri kassada kömək etmək, müştərilərlə ünsiyyət qurmaq, bitki kəsmək və əkməkdir.
"O, çox təvazökar və şirin bir qızdır, müştərilərlə nəzakətli və diqqətlidir. Deyəsən bu işi sevir. İşçilər onu sevirlər. Kral ailəsinin bir üzvündən hər gün beqoniya almırsan" deyə, alıcıların bəzisi deyib.
Ledi Luiza kraliça II Yelizavetanın sevimli nəvəsi hesab olunur. Qız nənəsinin at sürməyə olan həvəsini bölüşür və Kraliçanın Platin Yubileyi şərəfinə keçirilən paradda iştirak edir, ona bunu şəxsən öyrədən mərhum Edinburq hersoqunun vaqonunu idarə edir.