Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' cərimələndi - Qrizmannın transferinə görə

''Barselona'' cərimələndi - Qrizmannın transferinə görə

Tarix: 26 Sentyabr 2019 16:04

İspaniya Futbol Federasiyası "Barselona"nı 300 avro məbləğində cərimələyib.

Qol.az-ın "Cadena Ser"ə istinadən yaydığı xəbərə görə, buna klubun "Atletiko"dan bu yay transfer etdiyi Antuan Qrizmannla mart ayından danışıqlar aparması səbəb olub.

Bundan əvvəl fransalı hücumçunun Kataloniya klubunda oynamasına qadağa qoyula biləcəyi iddia olunurdu.

Qeyd edək ki, "Atletiko" rəsmiləri "Barselona"nın Qrizmannın transferi zamanı qayda pozuntusuna yol verdiyini düşünürək Kataloniya klubundan şikayət etmişdi. Madridlilər iddia edirdi ki, Kataloniya klubu 28 yaşlı futbolçu ilə hələ mart ayında razılığa gəlib. Paytaxt təmsilçisi bu səbəbdən qarşı tərəfin 120 deyil, 200 milyon avro təzminat ödəməsini tələb edirdi.

Xatırladaq ki, Qrizmannın transfer qiyməti iyun ayının 30-dan etibarən avtomatik olaraq, 200 milyon avrodan 120 milyona düşüb.

 


Etiketlər:  Barselona cərimələndi Qrizmannın transferinə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ