Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 08:06
Zülal-enerji aclığı, zülalsız qidalanma zamanı orqanizmdə zülalın və enerjinin azalması, qurtarması ilə nəticələnir və azyaşlıların ölümünə səbəb olur. Bu ən çox inkişafdan qalmış, qidalanma aclığı olan ölkələrdə yaşayan əhali arasında baş verir. Aclığın səbəb olduğu zülal-enerji çatışmazlığından ən çox uşaqlar ölümə məruz qalırlar.
Zülal-enerji aclığından əziyyət çəkən uşaqlar vaxtında xəstəxənaya yatırılarsa, müxtəlif prosedurlarla xəstəni xilas etmək olur. Bu zaman xəstəyə yataq rejimi və zülallı qidalanma təyin edilir, xəstənin immun sisteminin artırılması istiqamətində müalicə aparılır. Xəstənin qaraciyəri müalicə edilir. Müalicənin baş verməsinə baxmayaraq zülal aclığı keçirmiş uşaqların hamısında mədə-bağırsağın sorulma funksiyası pozulur, beyin funksiyaları isə aparılan müalicələrə baxmayaraq tam bərpa olunmur.
Xəstəliyinin əlamətlərinə aiddir:
- çəkinin azalması
- zəiflik
- zehni inkişafdan gerilik
- dəridə sarılıq
- dərialtı qansızmalar
- qanda natriumun aşağı düşməsi
- daima baş verən ishal
- halsızlıq
- orqanizmin inkişafdan qalması.
Xəstəliyin baş verməsinə səbəb uzun müddət zəif, vitaminsiz, mineralsız və zülalsız qidalanmadır.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə zamanı azyaşlı uşaqların zülal çatışmazlığını bərpa etmək üçün 24-48 saat ərzində venadaxili prosedurlarla körpə həyata qaytarılmağa çalışılır. Körpəyə kalorili qida südə qatılmış halda verilir. Bu zaman körpə ən az 12 həftə stasionar şəraitində qalmalıdır.