Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 19:30
İsveçrə hökuməti ordunun modernləşdirilməsi çərçivəsində ABŞ istehsalı F-35 təyyarələrinin alınması ilə bağlı referendumun ölkədə ciddi nəticələrə səbəb ola biləcəyinə diqqət çəkib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, hökumətə bağlı Federal Mülki Müdafiə İdarəsi (DDPS) tərəfindən verilən açıqlamada referendumun gələn il ABŞ-la F-35 müqaviləsinin imzalanmasını təxirə sala biləcəyi vurğulanıb.
Açıqlamada F-35-lərin tədarükünün gecikdirilməsinin ölkənin təhlükəsizlik siyasəti üçün ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Müqavilə göstərilən müddətdə imzalanarsa, F-35-lərin 2025-ci ildə İsveçrə Hərbi Hava Qüvvələrinə təhvil veriləcəyi, bundan imtina olunacağı təqdirdə isə 2030-cu ildən etibarən ölkənin hava təhdidlərinə qarşı müdafiəsiz qala biləcəyi bildirilib.
2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi təklifi səs çoxluğu ilə qəbul edilsə də, modernləşmə çərçivəsində döyüş materiallarının hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib.
Referendumdan sonra hökumət ABŞ-dan 36 ədəd F-35-in alınması ilə bağlı 6 milyard İsveçrə frankı (6.1 milyard dollar) dəyərində ilkin müqavilə imzalayıb.
Müxalifət partiyaları 2020-ci il referendumunda F-35-lərin alınacağına dair heç bir maddənin olmadığı səbəbi ilə məsələnin ictimai səsverməyə çıxarılmasını tələb ediblər. "F-35-ləri dayandırın" kampaniyası çərçivəsində imza toplayan müxalifət mayın 27-də referendum üçün lazım olan 100 min imzaya çatdığını açıqlayıb.