Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərə gedəndən dörd gün sonra öldü

Ərə gedəndən dörd gün sonra öldü

Tarix: 27 Avqust 2022 05:44

İrlandiyalı 35 yaşlı Lindsi MakKion evlənib və dörd gün sonra xərçəngdən ölüb.

Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Qadına bir ildən çox əvvəl uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub, 2022-ci ilin mayında isə mədəsində böyük şiş aşkarlanıb. Bütün bu müddət ərzində MakKionun üç uşağına sevgilisi Deniel baxıb.

Cütlük ölümündən 4 gün əvvəl evlənib. İrlandiyanın Dublin şəhərindəki bir hospisdə baş tutan mərasimdə MakKionun ailəsi və dostları iştirak edib. Qadının bacısı xatırlayıb: "Ən yaxşı toy etdi, xəyal etdiyi kimi şahzadə idi".

MakKionun ölümündən sonra ailə başqa problemlə üzləşib: Deniel və uşaqlar evsiz qala bilərlər. Ailənin yaşadığı bələdiyyə binası tezliklə ev sahibi tərəfindən satılacaq.

İrfan Vəliyev


Etiketlər:  Ərə gedəndən dörd gün sonra öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ