Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda “Prius” üç piyadanı vurdu, Türkiyə vətəndaşı öldü - FOTO

Bakıda “Prius” üç piyadanı vurdu, Türkiyə vətəndaşı öldü - FOTO

Tarix: 27 Avqust 2022 08:10

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi ikisi qadın olmaqla üç nəfəri "Toyota Prius" markalı avtomobil vurub. Zərbənin təsirindən kişi hadisə yerində ölüb. İki qadının vəziyyəti ağır olduğundan onlar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, hər iki piyadanın vəziyyəti ağırdır.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. "Toyota" markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.

Ölən kişinin Türkiyə vətəndaşı olduğu bildirilir. Hazırda onun meyiti morqdadır və şəxsiyyəti müəyyənləşdirilir.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadınlardan birinin şəxsiyyəti müəyyənləşib.

O, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.

Milli.Az


Etiketlər:  Bakıda Prius üç piyadanı vurdu Türkiyə vətəndaşı öldü FOTO


RƏYLƏR