Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 14:28
UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün əsas favoriti bəlli olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, "FiveThirtyEight" superkompüterinin proqnozuna əsasən Almaniyanın "Bavariya" klubu turnirin qalibi olacaq.
Münhen təmsilçisinin qalib gəlmə ehtimalı 21 faiz qiymətləndirilib. İngiltərənin "Mançester Siti" komandası 18 faizlə ikinci, Fransa PSJ-si 14 faizlə üçüncü olub.
İngiltərə təmsilçisi "Liverpul" 9 faizlə 4-cü, yarışın son qalibi İspaniya "Real Madrid"i isə 7 faizlə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları sentyabrın 6-da başlayacaq.