Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da təlimlərdə iştirak edən niderlandlı əsgərlər güllələndi

ABŞ-da təlimlərdə iştirak edən niderlandlı əsgərlər güllələndi

Tarix: 28 Avqust 2022 10:58

Niderlandın ABŞ-da təlimlərdə iştirak edən 3 əsgəri atışma nəticəsində yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə İndianapolis şəhərində atışma zamanı komando bölməsinin 3 üzvü yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu, digər iki zərərçəkənin huşunun yerində olduğu bildirilir.

Qeyd olunur ki, insident hərbçilərin qaldığı oteldə baş verib.

Şəhər polisi hadisə ilə bağlı araşdırma aparır, hələlik saxlanılan və ya şübhəli şəxs yoxdur.


Etiketlər:  ABŞ təlimlərdə iştirak edən niderlandlı əsgərlər güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ