Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 21:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Masallıda baş verən yanğınla bağlı açıqlama verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, regiona ezam olunan Nazirliyin Meşələrin inkişafı xidmətinin rəisi Xaliqverdi Hüseynov bildirib ki, ərazi olduqca çətin bir relyefə malikdir.
"Biz yanğının baş vermə səbəbini konkret deyə bilmirik. Amma hesab edirik ki, bütün yanğınlarda olduğu kimi, burada da insan amili var. Əhalinin mal-qara ilə və yaxud da istirahətlə bağlı əraziyə daxil olmasını müşahidə etdik. Bu ərazilərdə insanlar istirahət edir. Bu kəndin əhalisi və yaxud digər ərazilərdən, digər regionlardan gələn şəxslərlə bağlı hesab edirik ki, insan faktoru var. Təbii ki, araşdırma gedəcək. Yanğının səbəbləri ilə bağlı ilkin olaraq b