Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 20:34
Türk aktrisa və model Özge Ulusoy izləyiciləri ilə sual-cavab sorğusu edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu zaman izləyicilərindən biri "sevgilinizi niyə gizlədirsiniz?", - deyə, soruşub.
Özge isə cavab olaraq göz, nəzər dəyməsindən qorxduğunu bildirib:
"Gizlətmirəm, amma münasibətimizi camaatın gözü önündə yaşamaq da istəmirəm. Nəzər, göz, paxıl insanlar var..."
Qeyd edək ki, Ulusoy iş adamı Faruk Çolakoğlu ilə sevgilidir.