Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 05:44
Hindistanın paytaxtı Yeni Dehli şəhərətrafı ərazilərində səlahiyyətlilər 103 metrlik əkiz qüllələr olan iki qanunsuz tikilmiş göydələnləri partladıblar.
Sonxeber.net bildirir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Hündürmərtəbəli binaların tikintisini həyata keçirənlər yerli hakimiyyət orqanlarından tikintiyə icazə almadıqları üçün evlər tikildikdən sonra içəri köçməyib və tərk edilmiş vəziyyətdə qalıblar.
Qüllələr dörd ton partlayıcının istifadəsi ilə idarə olunan partlayış nəticəsində dağıdılıb. Söküntüdən əvvəl yaxınlıqdakı evlərin sakinləri, eləcə də tərk edilmiş binalarda yaşayan itlər təxliyə edilib.
İrfan Vəliyev