Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni evlənənlər ziyafətə 15 dəqiqə qalmış ağır qəzaya düşüblər - VİDEO

Yeni evlənənlər ziyafətə 15 dəqiqə qalmış ağır qəzaya düşüblər - VİDEO

Tarix: 30 Avqust 2022 11:30

Rusiyada Novosibirsk vilayətində yeni evlənənlər avqustun 26-da axşam saatlarında rəsm çəkdikdən sonra ziyafətə gedərkən ağır qəzaya düşüblər. Qəza bayram yeməyinə 15 dəqiqə qalmış baş verib.

Sonxeber.net bildirir ki, təfərrüatlar barədə kp.ru məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə nəticəsində bəy maşından yıxılıb, hazırda komadadır.

"Hazırda bəy süni nəfəs aparatının altında komadadır. Həkimlər ona hər iki ağciyərində əzmə diaqnozu qoyublar. Bu səbəbdən o, öz-özünə nəfəs ala bilmir. Onun da omba oynağının sınığı, daxili orqanlarında zədələnmələr var", - ər-arvadın dostu Valeriya deyib.

O əlavə edib ki, gəlinə onurğa və kəllə-beyin travması diaqnozu qoyulub. Yeni evlənənlərlə maşında olan qız da yaralanıb. İlkin məlumatlara görə, hər kəs "Datsun" markalı avtomobildə olub və ikinci dərəcəli yol ilə hərəkət edib, digər avtomobil isə "Toyota" əsas yol ilə hərəkət edirdi. 24 yaşlı sürücünün dostları bildiriblər ki, o, sürətlə gələn maşının fərqinə varmamasının səbəbini izah edə bilməyib. Eyni zamanda bəziləri artıq onu qınayıb və qəza zamanı sərxoş olub-olmadığını anlamaq üçün ekspertiza tələb ediblər. Polis alkoqol sərxoşluğu əlamətlərinin olmadığını bildirib. İdarədən onu da bildiriblər ki, "Toyota"nı 25 yaşlı sürücü idarə edib.

Qəza anı "Toyota"nın kamerasına düşüb. Kamera görüntülərində "Datsun"un sürətini azaltmadan avtomobilin qarşısındakı magistral yola çıxması əks olunub. Nəticədə avtomobil başqa bir avtomobilin yan tərəfinə dəyib, hissələri asfalta dağılarkən hər iki avtomobil dönməyə başlayıb. Videoda bəyin yolun zolağına necə uçması da əks olunub.

İrfan Vəliyev


Etiketlər:  Yeni evlənənlər ziyafətə dəqiqə qalmış ağır qəzaya düşüblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ