Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 13:16
Növbəti sertifiksdiya gələn ilin əvvəli keçiriləcək və digər regionlarda çalışan ibtidai sinif müəllimləri cəlb olunacaq.
Bunu mətbuata açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, sabah da Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimlərinin digər bir qrupu imtahan verəcək:
"1 sentyabrda isə rus bölməsi üzrə ibtidai sinif müəllimlərinin imtahanı ilə sertifikasiyanın test mərhələsi yekunlaşacaq. Daha sonra müsahibə mərhələsi barədə namizədlərə məlumat veriləcək. Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək".