Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"ABŞ və Fransa səfirlərinin iştirak etməməsi həqiqətən utancverici bir hadisədir" - POLİTOLOQ ŞƏRH ETDİ

Tarix: 31 Avqust 2022 10:09

"Şuşada keçirilən konfransda Amerika Birləşmiş Ştatlarının və Fransanın səfirlərinin iştirak etməməsi həqiqətən utancverici bir hadisədir. Çünki bu hadisələrdə uzun illər ATƏT-in Minsk qrupu çərçivəsində faliyyət göstərən ABŞ və Fransanın nümayəndələri heç bir iş görmədilər".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, 28 il ərzində bir metr torpağın da azad olunmasına cəhd görtərmədilər: "Ancaq bizim müzəffər ordumuz tərəfindən torpaqlarımız işğaldan azad olundular. Mədəniyyət paytaxtı elan olunan Şuşada keçirilən bu tədbirə onların etinasız yanaşması Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən çox doğru qeyd olundu. ABŞ səfirliyinin sözçüsü qeyd etdi ki, biz Azərbaycanı daim dəstəkləmişik, onun suverenliyini, müstəqilliyini və sülhün dayanıqlı olması üçün əlimizdən gələni edirik. Bəli bu da doğrudur. Amerika bizim suverenliyimizi tanıyır, dəstəkləyir. Ancaq bir şey var ki, Amerikada və Fransada çox böyük erməni lobbisi var və bu ölkələrdə seçilən prezidentlər də daima onların səsinə qulaq asırlar. Çünki Amerika və Frasadakı seçkilərdə səslər çox önəmli rol oynayır. Ona görə də erməni lobbisi öz səsi ilə Ermənistana diqqət ayırmalarını tələb edirlər. Bu da onun nəticəsidir. Bugünkü gündə Ermənistana dayaq olmaq istəmələri, Şuşada keçirilən konfransda iştirak etməməsi bu faktdan irəli gəlir. Bundan istifadə edib ABŞ və Fransa ilə ciddi bir mübarizə aparmağa ehtiyyac yoxdur. Diplomatik yolla başa salmaq lazımdır ki, biz öz ərazi bütövlüyümüzü təmin edirik. Yaxın zamanda onlar məcbur olub Şuşaya da, Xankəndinə də, Xocalıya da, Xocavəndə də gedəcəklər".

Milli.Az


Etiketlər:  ABŞ Fransa səfirlərinin iştirak etməməsi həqiqətən utancverici bir hadisədir POLİTOLOQ ŞƏRH ETDİ


RƏYLƏR